RU

ABŞ səfirinin sirli paylaşımı: Vaşinqton erməni və azərbaycanlı mütəxəssisləri niyə bir araya gətirir?

Son günlər mediada və ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan-Ermənistan münasibətlərinin növbəti mərhələdə hansı səviyyədə olacağı ilə bağlıdır. Digər tərəfdən verilən xəbərlərə görə, Azərbaycan və Ermənistan hidroloqları ABŞ-ın vasitəçiliyi ilə çay suyunun idarə olunması modelini hazırlamaq üçün əməkdaşlıq etməyə başlayıblar. ABŞ-ın Azərbaycandakı səfiri bu barədə məlumat yayıb ki, 30 ildən çox davam edən münaqişələrdən sonra alimlər indi Ermənistandan Azərbaycana axan çaylar üçün birgə su idarəetmə sistemini hazırlamağa çalışacaqlar.

Sözügedən proses Azərbaycana nə vəd verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün müxtəlif ölkələr cəhdlər göstərirlər:

“Rusiya Federasiyası, ABŞ, Türkiyə və digərləri bu siyahıya daxildir. Rəsmi Vaşinqton bölgədə öz nüfuzunu qoruyub saxlamaq istəyir. Bu səbəblə ABŞ müxtəlif vasitələrdən istifadə edərək öz varlığını ifadə etmək istəyir. Bunlardan biri də erməni və Azərbaycan hidroloqlarının birgə işləməsi, Ermənistan ərazisindən axan çayların, Azərbaycanda tamamlanan çayların birgə işləməsi məsələsini gündəmə gətirirlər. Bunlar sadəcə cəhddir. Azərbaycan da həmin cəhdləri normal qarşılayır. Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasında geri durmadığını ifadə edir”.

Faiq Ələkbərli

Faiq Ələkbərlinin sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfirinin verdiyi açıqlama iki dövlət arasında münasibətlərin normallaşmasında Vaşinqtonun rolunun olduğunu xatırlatmaq məqsədi daşıyır:

“Sözügedən proseslərdə isə təmkinli yanaşmaq lazımdır. Çay suyunun idarə olunması modelinin hazırlanıb-hazırlanmayacağı, eləcə də effektiv olub-olmayacağı hələ məlum deyil. Qəti nəticə çıxartmaq mümkün olmadığı üçün deyə bilərik ki, Azərbaycan sözügedən məsələlərdə geri addım atmır. ABŞ-ın da iki ölkə arasında münasibətlərin normallaşması üçün vasitəçilik cəhdlərinə normal yanaşır.
Digər tərəfdən sözügedən prosesə sadəcə hidroloqların görüşü kimi baxmaq düzgün deyil. Ehtimal ki, məsələnin başqa tərəfləri də var. Olduqca həssas yanaşılmalıdır”.

Избранный
12
turkustan.az

1Источники