RU

Azər Maqsudov: Pomidor turşusundan zəhərlənməyə səbəb...

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.
Hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün 12.11.2024-cü il tarixində Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib.
O bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Payız-qış fəsillərində turşudan, xüsusilə də pomidor turşusundan zəhərlənmə hallarına tez-tez rast gəlinir. Bəs görəsən turşu məhsulları hansı hallarda zəhərlənmələrə səbəb olur?

Məsələ ilə bağlı danışan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Sherg.az"a bildirib ki, pomidor turşusundan zəhərlənməyə səbəb daxilindəki patoloji mikroblardır:             

 "Bu cür infeksiya növü "botulizm" adlanır. "Botulizm" çox ağır gedişatı ilə fərqlənən qida zəhərlənməsidir. Hətta, ölümlə nəticələnə bilər. İlkin simptomları mədədə narahatçılıq, köp, ürək ubulanması, qusma, başgicəllənmə, ikili görmə kimi əlamətlərdir. Bu zaman mütləq təcili yardım briqadasını çağırmaq lazımdır. Çünki xəstəyə həmin vaxt zərdab vurulmasa, vəziyyəti daha da pis ola bilər. Hətta həkim nəzarəti olmasa, pasient xəstəxanaya gec çatdırılsa, xəstə ölə bilər. Ümumiyyətlə turşular ev şəraitində hazırlanarkən çox vaxt tərəvəzlər təmiz yuyulmur, yaxşı qaynadılmır və nəticədə də infeksiyalar qalır. Həmçinin, turşu qoyulan zaman müəyyən preparatlardan istifadə edilir ki, bu da zəhərlənmələrə səbəb ola bilər. Əlavə olaraq zəhərlənmə zamanı vətəndaşlar ev şəraitində heç bir şey qəbul etməməlidir. Dərmanı isə yalnız həkim məsləhəti əsasında qəbul olunmalıdır".
Избранный
28
sherg.az

1Источники