Bakı, TurkicWorld
COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Total Energies" şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane arasında işgüzar nahar təşkil edilib.
TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə ilə bağlı fikir mübadiləsi aparılıb.
"Total Energies" şirkətinin Azərbaycanda bərpa olunan enerji üzrə layihələrinin icrası müzakirə edilib.
Şirkətin Xəzər regionunda bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə olunub. Ölkəmizdə "yaşıl enerji"nin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.