RU

Fərhad Məmmədov: İranda Azərbaycanla bağlı hansı formada siyasətin həyata keçirilməsi hələ də müəyyən edilməyib...

Bildiyimiz kimi, vəzifə icrasına başlayandan sonra Pezeşkianın İlham Əliyevlə heç bir təması olmayıb...

Siyasi-şərhçi: “İran Prezidenti Məsud Pezişkian prezidentlik dövründə onu göstərir ki, o tam olaraq Ali Dini Rəhbər və Təhlükəsizlik Şurasının nəzərində olan adamdır, ona cızılan cizgilərdən qırağa çıxmır”.

“Tehranda güclü qruplar var, hansılar ki, Azərbaycana qarşı sərt siyasətin həyata keçirilməsinin tərəfdarıdırlar. Onlar birbaşa olaraq Ali Dini Rəhbərə tabedir və ona ciddi təsirlər göstərirlər. Yəni o qruplara prezidentin təsir rıçaqları yoxdur, əksinə onlar prezidentə təsir edirlərr”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Pezeşkianın prezident seçiləndən bəri Prezident İlham Əliyevlə görülməməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, daha öncə İran Prezidenti Məsud Pezeşkianın COP29-da iştirak etmək üçün Bakıya gələcəyi elan olunsa da, sonradan bu səfər ləğv olundu. İran bunu İsrail prezidentinin COP29-da iştirakı ilə bağlı əlaqələndirsə də, əslində Pezeşkianın səfərinin İsraillə bağlı heç bir əlaqəsi yoxdu. Çünki İran və İsrail prezidentləri ayrı-ayrı vaxtlarda Bakıya səfər edə bilərdilər.

Diqqət çəkən məsələlərdən biri də odur ki, vəzifə icrasına başlayandan sonra Pezeşkianın İlham Əliyevlə heç bir təması olmayıb. Hətta Kazanda BRİCS sammitində eyni məkanda olmalarına baxmayaraq Azərbaycanİran prezidentləri arasında ötəri görüş belə baş vermədi. Digər tərəfdən isə artıq bir neçə aydır ki, İran Azərbaycana yeni səfir təyin eləmir.

Bütün bunlardan çıxış edərək, Azərbaycan-İran münasibətlərini necə dəyərləndirmək olar? Azərbaycan-İran münasibətləri artıq dostluq və mehriban qonşuluq əlaqələri cizgilərindən çıxaraq qarşıdurma fazasına keçir?

İran-Azərbaycan münasibətlərinin indiki dövrünü Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Tehranda Azərbaycana qarşı ümumi baxış var və bu baxış hələ də tam formalaşmayıb. Yəni Tehran hələ də özü üçün aydınlaşdırmayıb ki, Bakı ilə əməkdaşlıq etsin, yoxsa hal-hazırkı qeyri-müəyyənlik qalsın və yaxuddakı münasibətlər qarşıdurma fazasına keçsin”.

Pezeşkianın Azərbaycanla bağlı təmasların və yaxud Azərbaycanla siyasətin müəyyənləşməsində demək olar rolunun olmadığını xatırladan ekspert Poliqon-aaçıqlamasında qeyd edib ki, İranda prezident statusu heç də müstəqil status deyil və prezident ancaq icraçıdır:

İranda Azərbaycanla bağlı hansı formada siyasətin həyata keçirilməsi hələ də müəyyən edilməyib. Tehranda güclü qruplar var, hansılar ki, Azərbaycana qarşı sərt siyasətin həyata keçirilməsinin tərəfdarıdırlar. Onlar birbaşa olaraq Ali Dini Rəhbərə tabedir və ona ciddi təsirlər göstərirlər. Yəni o qruplara prezidentin təsir rıçaqları yoxdur, əksinə onlar prezidentə təsir edirlər. Azərbaycana yeni səfirin təyin olunmasınada həmin qruplar mane olurlar.

İran Prezidenti Məsud Pezişkian isə prezidentlik dövründə onu göstərir ki, o tam olaraq Ali Dini Rəhbər və Təhlükəsizlik Şurasının nəzarətində olan adamdır, ona cızılan cizgilərdən qırağa çıxmır. Buna görə də açıq demək lazımdır ki, Pezeşkianın Azərbaycanla bağlı təmasların və yaxud Azərbaycanla siyasətin müəyyənləşməsində rolu yoxdur. İranda prezident statusu heç də müstəqil status deyil və prezident ancaq icraçıdır.

Fərhad Məmmədov: “Hal-hazırkı dövrdə Pezeşkianın xarici siyasətdə rolu və funksiyası hətta, xarici işlər nazirindən də azdır”.

İndi Pezeşkianın müstəqil olmaq cəhdlərini qırağa qoymaq lazımdır. Hal-hazırkı dövrdə Pezeşkianın xarici siyasətdə rolu və funksiyası hətta, xarici işlər nazirindən də azdır. Hakim elita tərəfindən onun prezident olmasında əsas məqsəd daxildə narazılığın qarşısını almaq idi və o, bu funksiyanı həyata keçirdi.

Buna görə, İranın Azərbaycanla münasibətlərində məhz prezidentin hansı siyasəti həyata keçirməsindən danışmağın mənası yoxdur. Tehranda Azərbaycana qarşı ümumi baxış var və bu baxış hələ də tam formalaşmayıb. Yəni Tehran hələ də özü üçün aydınlaşdırmayıb ki, Bakı ilə əməkdaşlıq etsin, yoxsa hal-hazırkı qeyri-müəyyənlik qalsın və yaxuddakı münasibətlər qarşıdurma fazasına keçsin. Yəni, qarşıdurma deyəndə, biz ilk növbədə Azərbaycanın daxili siyasətinə qarışma cəhdlərini, Azərbaycanın regional siyasətinin qarşısının alınması və məhdudiyyətlərin qoyulması cəhdlərini nəzərdə tuturuq və demək olar ki, Bakı və Tehran artıq açıq qarşıdurma xəttinə yaxınlaşmaqdadır.

Əslində isə Tehranla Bakının münasibətlərinin gələcəyi Yaxın Şərqdə baş verən müharibə və qarşıdurmanın sonucundan asılı olacaq. Ən azından Tehranda hazırda buna görə gözləmə mövqeyi sərgiləyir”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
30
poliqon.info

1Источники