Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinin dəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması, texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiya təşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir işitrakçıları tərəfindən vacib vasitələr kimi müəyyən edilib. Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədr vəzifələrinin icraedicisi İsi Mustafayev qeyd edib ki, qurum bugünə qədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılması məqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyata keçirmiş, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçün isə rəqəmsal həllər tətbiq etmişdir. Tədbirdə həmçinin “Azərpoçt” MMC tərəfindən COP 29-a həsr olunmuş və COP 29-un missiyasına sadiq qalaraq yüz faiz təkrar emal olunmuş kağızdan hazırlanmış COP29 markası da tədbir iştirakçıları tərəfindən möhürlənib. Bununla da “Azərpoçt” MMC tədbirə həm əməli, həm də simvolik olaraq öz töhfəsini verə bildi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта