RU

Baş katibin köməkçisi: ANAMA-nın və BMT-nin İnkişaf Proqramının tərəfdaşlığı əməkdaşlığın ən gözəl nümunəsidir

Biz bu gün burada daha təhlükəsiz və dayanıqlı mühitin formalaşması üçün mina təhlükəsi ilə mübarizə və ətraf mühitin mühafizəsinin bir-biri ilə sıx bağlı olması barədə müzakirələr aparmaq üçün bir araya gəlmişik. Dünyanın bir çox ölkəsində minalar və müharibənin partlamamış hərbi qalıqları təkcə insanların həyat və sağlamlığına deyil, həm də torpaq və təbii resurslara, o cümlədən bioloji müxtəlifliyə ciddi təhdidlər yaradırlar.

Münaqişələr bitdikdən və minaların təmizlənməsindən sonra belə onların ətraf mühitə təsirləri illər və onlilliklər ərzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bunu BMT Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç COP29 çərçivəsində keçirilən ANAMA və BMT- nin İnkişaf Proqramının təşkil etdiyi "Cığırın tənzimlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu sahədə əməkdaşlığın ən gözəl nümunəsi ANAMA-nın və BMT-nin İnkişaf Proqramının tərəfdaşlığıdır: "Hər iki qurum Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində çox səmərəli əməkdaşlıq edib və minalar və müharibənin partlamamış hərbi qalıqlarının yaratdığı təhlükələrin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyət göstəriblər.”

Избранный
8
2
xalqqazeti.az

3Источники