RU

Azərbaycan və CISCO ölkəmizdə regional mərkəzin yaradılmasını müzakirə edib

Azərbaycan və CISCO şirkəti arasında ölkəmizdə regional mərkəzin yaradılmasını müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşdə baş tutub.

"İnformasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik. Şirkətlə birgə təlimlərin təşkili və ölkəmizdə regional mərkəzin yaradılması məsələlərini nəzərdən keçirdik", - deyə nazir qeyd edib.

Избранный
13
10
operativmedia.az

10Источники