Rusiya zənginləşdirilmiş uranın ABŞ-yə ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir ABŞ-də 2024-2027-ci illər üçün tətbiq edilən məhdudiyyətə, 2028-ci ildən isə Rusiyaya uran məhsullarının idxalına qadağaya cavab olub.