Liviya parlamentinin vitse-spikeri ölkəmizə səfərə gəlib
Liviya parlamentinin vitse-spikeri Fouzi Salim BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatları Məşhur Məmmədov, İlham Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.