RU

Azərbaycana qarşı kampaniya: Dövlət imicinə heç bir təsir etmədi

Azərbaycanın COP29-a ev sahibliyi etməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir.

Lakin son bir il ərzində Azərbaycana qarşı aparılan çirkin kampaniyanın da şahidi olduq. Belə ki, COP29-un ölkəmizdə keçirilməsi anti-Azərbaycan dairələrinə sarsıdıcı zərbə oldu. Hətta Prezident İlham Əliyevin liderlər sammitinin açılış mərasimində çıxışı zamanı “COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra hədəfə çevrildik” deməsi də bunu sübut edir.  

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov bildirib ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi bir il bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində COP28 Sammitində qərara alınsa da, ümumilikdə ölkəmizə qarşı total hücumlar torpaqlarımızı işğaldan azad etdikdən sonra başlayıb.

 

Samir Hümbətov qeyd edib ki, COP29 çərçivəsində ölkəmizə gələn 80-dan yuxarı dövlət və hökumət başçısının, yüksək səviyyəli məmur heyətinın, təqribən 70 mindən yuxarı insanın iştirakı anti-Azərbaycan dairələri üçün qəbuledilən deyil: 

“COP29-un ölkəmizdə keçirilməsi bəzi dövlətlərdə təəccüb və xof yaradıb. COP29-da iştirak etməyən bəzi dövlətlərin bura gəlməməyinin arxasında hansı səbəblərin durduğu hər kəsə məlumdur. Onlar istəmirlər ki, Azərbaycan regional və qlobal səviyyədə hadisələrə təsir edən dövlət imicini formalaşdırsın. Bu gün Azərbaycana qarşı hücumların ciddi şəkildə artma səbəbi həm ərazisini işğaldan azad etməsi, suverenliyini tam bərpası, həm də belə möhtəşəm tədbirlərə ev sahibliyi etməsidir. 

Azərbaycanın beynəlxalq müstəvidə haqqın, ədalətin yanında olduğunu dəfələrlə Prezident səviyyəsində açıq şəkildə dilə gətirdi. Azərbaycanın bu cür təzyiqlərə məruz qalmasının arxasında Fransanın və ona dəstək verən qüvvələrin müstəmləkə siyasəti durur. Hansı ki, onlar da zamanında müstəmləkə siyasəti həyata keçiriblər. Bu baxımdan, COP29-da iştirak etməmələri, beynəlxalq informasiya cəbhəsində hücumları, QHT adı altında fəaliyyət göstərən qurumlar və media vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməyə çalışırlar”. 

O qeyd edib ki, Azərbaycan COP29-u uğurla və ən yüksək səviyyədə həyata keçirir:

"Bu günə qədər baş tutan tədbirlər də bunu sübut etdi. Amma onu da nəzərə almaq lazımdır ki, COP29 həm də BMT-nin iqlim tədbiridir. Burada iştirak etməyənlərin digər önəmli səbəblərindən biri də odur ki, bu gün atmosferi çirkləndirən elə həmin dövlətlərdir. Elə Fransanın özü 75-80% atom elektrik stansiyasından elektrik enerjisi alır.

Bu da ciddi şəkildə  atmosferdə çirklənmə yaradır. Ona görə bu cür ölkələr müxtəlif bəhanələr adı altında əsas məqsəd gizlədilərək belə tədbirlərdən qaçırlar. Amma artıq beynəlxalq birlik ayılıb. Onların müstəmləkə və şovinizm siyasətini başa düşür və Azərbaycanın haqlı mövqeyini dəstəkləyir". 

Избранный
17
cebheinfo.az

1Источники