RU

BMT rəsmisi COP29-un yüksək səviyyədə təşkilinə görə ölkəmizı təbrik etdi - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə COP29 sədrliyimiz müzakirə olunub.

COP29-un uğurlu təşkilində Azərbaycan və BMT arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Ceyhun Bayramov COP29-un təşkilati hissəsi ilə yanaşı, məzmun baxımından faydalı olmasının əsas prioritetlərimizdən biri olduğunu qeyd edərək sessiyanın gedişatı, danışıqlar prosesində əldə olunmuş irəliləyişlər barədə ətraflı məlumat verib.

Baş katibin köməkçisi COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, bu münasibətlə ölkəmizı təbriklərini çatdırıb və sədrlik prosesi çərçivəsində uğurlar arzu edib.
 

COP29 çərçivəsində təşkil olunmuş yüksək səviyyəli tədbirlərdə iştirak etdiyini qeyd edən Aleksandr Zuyev, müxtəlif mövzulara həsr olunmuş tematik toplantıların fikir mübadiləsi baxımından faydalı olduğunu qeyd edib.


Mina təhdidi ilə mübarizə istiqamətində ölkəmiz tərəfindən görülən işlərin təqdirəlayiq olduğu, xüsusilə humanitar minatəmizləmə fəaliyyətinin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan olunmasının bu beynəlxalq təhdidlə mübarizədə örnək olduğu vurğulanıb.

Humanitar minatəmizləmə fəaliyyəti ilə yanaşı, mina qurbanlarının rehabilitasiyası istiqamətində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

Избранный
18
18
bizim.media

10Источники