RU

“Green Car” MMC və “NIO” avtomobil şirkəti arasında strateji əməkdaşlıq sazişi imzalanıb

Noyabrın 15-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Green Car” MMC və “NIO” avtomobil şirkəti arasında COP29-un Mavi Zonasında yerləşən Azərbaycan pavilyonunda strateji əməkdaşlıq sazişi imzalanıb.

“İki sahil” xəbər verir ki, imzalama mərasimində Çin Respublikasının COP29 üzrə nümayəndə heyətinin rəhbəri və Çinin ekologiya və ətraf mühit nazirinin müavini Çjao Yingmin, Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, “NIO” şirkətinin həmtəsisçisi və prezidenti Lihonq Qin və “Green Car” MMC-nin baş icraçı direktoru Rüstəm İbrahimov iştirak ediblər.

Sazişə əsasən, “NIO” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru “Green Car” MMC olacaq. “NIO” şirkətinin kompleks rəhbərliyi altında “Green Car” MMC məhsul və xidmətləri satışa çıxararaq fəaliyyətə başlayacaq və “NIO” şirkətinin yerli satış və xidmət infrastrukturunun, o cümlədən enerjidoldurma və batareya dəyişdirmə stansiyalarının, eləcə də xidmət mərkəzləri və “NIO” mərkəzlərinin yaradılmasını həyata keçirəcək və bu proseslərə investisiya yatıracaqdır.

2014-cü ildə təsis edilmiş “Green Car” MMC Azərbaycanın yaşıl texnologiya sənayesində aparıcı novatoru olmaqla yanaşı, elektrikli nəqliyyat vasitələri və dayanıqlı nəqliyyat həllərinin təşviqi və tətbiqi sahəsində ixtisaslaşmışdır. “Green Car” MMC-nin missiyası innovativ, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini təklif etməklə daha təmiz və dayanıqlı gələcəyi təşviq edən infrastrukturu dəstəkləmək və beləliklə, yaşıl nəqliyyata keçidi stimullaşdırmaqdır.

Избранный
18
1
ikisahil.az

4Источники