ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planınınRusiya Federasiyasının qələbəsini ifadə etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerikanın “Rolling Stone” jurnalı yazıb.
Bildirilir ki, Ağ Evin gələcək sahibinin təşəbbüsləri hazırkı mərhələdə Ukrayna böhranının “donmasını” təmin edib. Həmçinin, siyasətçi yeni regionların Rusiya Federasiyasına qoşulmasının tanınması imkanlarını nəzərdən keçirir.
“Tramp düşünür ki, Ukraynadakı münaqişəyə son qoya bilər. Əslində o, Moskvaya qələbə gətirməyə hazırlaşır”, - məqalə müəllifləri vurğulayırlar.