RU

20 yaşlı qadın körpəsini itirdi

Kürdəmir Rayon Mərkəzi xəstəxanasında ölüm hadisəsi olub. 

“Qafqazinfo”nun məlumatına görə, noyabrın 6-da Kürdəmir rayon sakini 2004-cü il təvəllüdlü (qadın cinsli) şəxs dəqiqləşdirilməmiş doğuş sancısı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Noyabrın 11-i tarixinədək tibb müəssisələrində müalicəsi davam etdirilib və zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 

O, 15.11.2024-cü il tarixində  Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına təkrar müraciət edib. Hamiləliyin 38-ci həftəsində olan pasiyentin USM müayinəsi zamanı dölün ölü olduğu müəyyən olunub.

Aparılan konsilium nəticəsində süni doğuş icra olunması qərara alınıb. Aparılmış zəruri tədbirlər nəticəsində ölü döl təbii doğum yolları ilə fəsadsız doğulub. Hazırda ananın vəziyyəti qənaətbəxşdir, Zahılıq şöbəsində müalicəsi davam olunur.

Избранный
33
2
qafqazinfo.az

3Источники