RU

Bundestaq "Taurus" raketlərinin Kiyevə verilməsi ilə bağlı səsvermə keçirə bilər

Hakim koalisiyadan çıxan Almaniyanın Azad Demokratik Partiyası (FDP) hətta növbədənkənar parlament seçkilərindən əvvəl Kiyevə “Taurus” qanadlı raketlərinin verilməsi məsələsini Bundestaqın səsverməsinə çıxarmaq niyyətindədir. Bu barədə “Neue Osnabrucker Zeitung” qəzetinə FDP fraksiyasının sədri Kristian Düer məlumat verib.

Duer ümid edir ki, FDP hökumətin bir hissəsi olan Yaşıllar tərəfindən dəstəklənəcək. Onların bir çoxu, o cümlədən xarici işlər naziri Annalena Berbok raketlərin Ukraynaya tədarükünə dəstək verir. İndi koalisiyanın dağılması ilə vəziyyət dəyişib. FDP lideri Kristian Lindner bu həftə parlamentdə deputatların əksəriyyətinin Tauras-ın Ukraynaya verilməsiin tərəfdarı olduğunu dedikdə, Berbok bunu alqışladı. CDU/CSU müxalifət bloku uzun müddətdir ki, raketlərin Ukraynaya çatdırılmasını tələb edir və bu məsələni dəfələrlə Bundestaqda müzakirəyə çıxarıb.

FDP koalisiyadan çıxdıqdan sonra Sosial Demokratlar və Yaşıllar parlamentdə çoxluğa sahib deyillər. Eyni zamanda, “ekoloqların” səsi olmadan XDİ/CSU və FDP qətnamədə müsbət nəticə əldə edə bilməz.

Oxuməni.az

Избранный
14
oxumeni.az

1Источники