RU

Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalıdır - Umayra Tağıyeva

Bakış Trend:

Dünya artıq orta temperaturun, fəsillərin dəyişməsini, ekstremalhava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələriyaşayır. Ölkələr və icmalar uyğunlaşma həlləri kimi erkənxəbərdarlıq sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinincari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyatakeçirməlidir.

Trend xəbər verir ki, bunuekologiya və təbii sərvətlər nazirinin müavini Umayra TağıyevaCOP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlimməlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemləriningücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanıdeyib.

Onun sözlərinə görə, erkən xəbərdarlıq sistemlərinin uğurluyaradılması təkcə hökumətlərdən deyil, həm də yerli icmalar, milli,regional, çoxtərəfli və beynəlxalq təşkilatlar, dövlət və özəlsektorlar daxil olmaqla, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti vədigər müvafiq aktorların fəal və davamlı cəlb edilməsindən, habeləbiliyin səmərəli idarə edilməsindən asılıdır:

"Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm vətexnologiyalara əsaslanmalı və onları rəhbər tutmalıdır. ParisSazişinə əsasən, Adaptasiya üzrə Qlobal Məqsəd müəyyən edilib.İkiillik iş proqramının başa çatmasından sonra, COP28-də tərəflərBƏƏ Konsensusunun bir hissəsi olaraq Qlobal İqlim Dayanıqlığı üzrəBƏƏ Çərçivəsini qəbul etdilər.

Həmin çərçivə iqlimə uyğunlaşma və dayanıqlıq üçün bir sırahədəfləri ehtiva edir və erkən xəbərdarlıq sistemləri kimiuyğunlaşma tədbirlərinin daha çox həyata keçirilməsi üçün platformatəmin edir".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
35
az.trend.az

1Источники