RU

Niderland millisinin oyunu Əliyar Ağayevə tapşırıldı

  FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

 Ə.Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomasz Kviatovski və Pavel Pskit olacaq.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq./Publika.az  

Избранный
11
43
referans.az

10Источники