Gürcüstan Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin xülasəsi dava ilə başlayıb.
Müxalifətin "Vahid Milli Hərəkat” liderlərindən olan Davit Kirtadzenin Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin üzərinə boya atmasından sonra sessiya yarımçıq qalıb.
Müxalifət nümayəndələri seçkinin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşıblar.
Hadisə yerinə polis səfərbər edilib.
Aytac
www.anews.az