RU

Rusiya regionlarının başçıları Abxaziya Prezidenti Bjaniyaya dəstək verdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyasının bir sıra regionlarının rəhbərləri Abxaziya prezidenti Aslan Bjaniyaya dəstək nümayiş etdirib.  Bjaniyanın mətbuat xidməti bu liderlərlə bir neçə telefon danışığı aparıldığını bildirib.

Dəstək verənlər arasında Şimali Qafqaz, Krım və digər Rusiya subyektlərinin başçıları yer alır. Onlar Abxaziyada baş verən hadisələri "dövlət çevrilişinə cəhd" kimi qiymətləndiriblər.

Xatırladaq ki, 11 noyabrda Suxumidə hökumətin Rusiya ilə investisiya sazişini ratifikasiya etməsinə qarşı etirazlar başlayıb və hələ də davam edir. Müxalifət bu sənədi Rusiya tərəfindən Abxaziyadakı apartamentlərin alınması kimi qəbul edir.

Bjaniyanın isə etirazçılara parlament binasını boşaltdıqdan sonra vəzifəsindən getməyə söz verdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники