RU

Joan Laporta Azərbaycana gəldi

İspaniyanın ən titullu futbol klublarından olan “Barselona”nın prezidenti Joan Laporta bu gün Azərbaycana işgüzar səfərə gəlib.

Arena.az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə gəlib.

Laportanı hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.

Joan Laporta hava limanında jurnalistlərə qısa açıqlama da verib. “Barselona”nın prezidenti bunları qeyd edib:

“Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana bu dəvətə görə təşəkkür edirəm”.

Xatırladaq ki, hazırda Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Noyabrın 11-dən başlamış nüfuzlu tədbir ayın 22-nə qədər davam edəcək. Bununla əlaqədar dünya futbolunun bəzi tanınmış simaları da Bakıya təşrif buyururlar.

Избранный
18
26
arena.az

10Источники