RU

Aksiya iştirakçısı: Biz Peloninin və onun kimi düşünən insanların cəzalandırılmasını tələb edirik

Frank Peloninin Azərbaycanla bağlı bütün addımları düşmənçilik mövqeyindəndir və dünənki hərəkətləri ilə ermənipərəst olduğunu bir daha göstərdi.

“İki sahil” xəbər verir ki, bu sözləri bu gün Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən ABŞ konqresmeni Frank Peloniyə qarşı keçirilən etiraz aksiyasında iştirak edən Gənclərin Anti-narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.

Aksiya iştirakçısı konqresmenin, onun kimi düşünən bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və ölkəmizdən çıxıb getməsini tələb etdiklərini bildirib.

"Peloni hər zaman bütün iclaslarda, bütün mötəbər məkanlarda çıxışlarında bizim əleyhimizə fikirlər söyləyib. Hər dəfə haqlı olduğumuz halda, bizim haqsız olduğumuzu deyib. Ona görə biz onun, onun kimi düşünən insanların torpağımızda, ölkəmizdə olmasının qəti şəkildə əleyhinəyik və törətdikləri əməllərə görə onun cəzalandırılmasını istəyirik”, - deyə o qeyd edib.

Избранный
36
1
ikisahil.az

10Источники