RU

AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası – COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşükeçirib.

Trend xəbər verir ki, gənclərvə idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın daqatıldığı tədbirdə Dünya Avarçəkmə Federasiyasının (FİSA)prezidenti Jan-Kristof Rollan, Beynəlxalq Kanoe Federasiyasınınprezidenti Tomas Konietsko, Beynəlxalq Draqon QayıqlarıFederasiyasının prezidenti Kladio Şermi, Asiya AvarçəkməFederasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxriprezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasınınsəlahiyyətli nümayəndəsi Ken Li, həmçinin COP29-la əlaqədarAzərbaycana səfər edən 50-dən çox xarici qonaq iştirak edib. “Təmizsuda avar çək!” devizi altında keçirilmiş tədbir 17 noyabr – MilliDirçəliş Günündə Dənizkənarı Bulvarda, “Bakı” Avarçəkmə və Kanoeİdman Klubunun yerləşdiyi ərazidə baş tutub.

Əvvəlcə ekoloji layihələrin qiymətləndirilməsi mövzusundatəqdimatlar həyata keçirilib. Çinin Şanxay şəhərindən gəlmişməktəblilər hazırladıqları təqdimatlarda ətraf mühitin qorunması vəiqlim dəyişikliyi mövzusunda fikirlərini tədbir iştirakçıları iləbölüşüblər.

Tədbirin rəsmi açılış mərasimində AKAF-ın baş katibi FərhadƏliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Dahasonda Jan-Kristof Rollan, Tomas Konietsko, Klaudio Şermi COP29tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xüsusivurğulayıblar. Gənclər və idman naziri Fərid Qayıbov “Təmiz sudaavar çək!” yürüşünü açıq elan edib, ardınca xatirə hədiyyələritəqdim olunub.

Çıxışlardan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası iləÇinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ənböyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” təşkilatıarasında Memorandum imzalanıb.

Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra 50-dən çox müxtəlifavarçəkmə qayığında yerli idmançıların və fəxri qonaqların iştirakıilə avarçəkmə yürüşü keçirilib. Avar çəkənlər arasında DünyaAvarçəkmə Federasiyasının (FİSA) prezidenti, Sidney-2000 YayOlimpiya Oyunlarının qalibi Jan-Kristof Rollan da olub.

Qeyd edək ki, “Təmiz suda avar çək!” yürüşünün keçirilməsindəəsas məqsədi ekologiyanın, su hövzələrinin qorunması, əməkdaşlıqəlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir.

AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
AKAF
Избранный
6
20
az.trend.az

10Источники