“Qalatasaray”ın baş məşqçisi Okan Buruk hücumçu Viktor Osimhenin klubdakı taleyi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında nigeriyalı futbolçunun “cim-bom”da qalmaq istədiyini söyləyib:
“Osimhen bizimlə qalmaq istəyir. Düzdür, müqaviləsində gedə bilməsi ilə bağlı bənd var, amma əsas olan oyunçunun qərarıdır. Osimhen qalmaq istədiyini dedi. Bundan sonra artıq o bəndin mənası yoxdur”.
Osimhen icarə əsasında “Qalatasaray”da forma geyinir. O, bu mövsüm Super Liqada 6 oyunda 6 qol vurub. Forvardın icarə müqaviləsi mövsümün sonuna kimidir.