RU

Mananaya ağır itki üz verdi

Müğənni Manana Caparidzenin anası Makvala Caparizde vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat verib.

"Mənim sevimli, əziz, misilsiz anam, qoruyucu mələyim öz mehriban ürəyini və dualarını mənə qoyub getdi, onun nurlu ruhu isə atam və qardaşımladır. Ana, sevginə, qayğına, mənə verdiyin həyata, mənə etdiyin hər şeyə görə sənə təşəkkür edirəm. Sən əbədi mənimlə və mənim ürəyimdə, canımda, dualarımda qalacaqsan. Bu cür misilsiz anaya, qoruyucu mələyə görə Uca Allaha təşəkkür edirəm"- deyə Manana yazıb.

Yas mərasimi cümə axşamı Tbilisidə olacaq.


Müəllif: Pərvin Cəfərova
Избранный
6
4
teleqraf.com

5Источники