Astarada çayda meyit tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.
A.Əliyarov balıqçı olub, ayın 14-də Pensər çayının üzərində tikilən körpünün altında balıq tutmaq üçün qırmaq atıb. Bu zaman onun ayağı sürüşüb və suya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.