Ukraynada müharibədə daha bir əslən azərbaycanlı həlak olub.
Axar.az Report-a istinadən xəbər verir ki, bu, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Kürdəmir rayonundan olan 1998-ci il təvəllüdlü Teymur Asif oğlu Eminovdur.
O, ötən həftə Donetsk vilayətinin Revnopol kəndində gedən döyüşlərdə həlak olub.