RU

Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə keçirilən görüş barədə paylaşım edib.

Paylaşımda bildirilir ki, görüşdə ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafı vurğulanıb: “Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanlarını müzakirə etdik”.

Избранный
11
32
vergiler.az

10Источники