RU

Ukrayna Qərbin ötürməsindən bəhrələnə biləcəkmki? (ŞƏRH)

"Qərbin bu qərarı müharibənin gedişində tam dönüş yaratmasa da, müəyyən dəyişikliklərin baş verəcəyinin şahidi olacağıq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə ABŞ, ardınca da Böyük Britaniya və Fransanın Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə verdikləri icazənin müharibədə oynayacağı rolu şərh edərkən deyib.

Rüstəm Tağızadə bildirib ki, ABŞ, Böyük Britaniya və Fransanın Kiyevə Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələr endirməsinə icazə verməsi əslində gözlənilən idi: 

"Amma fikrimcə, qərar Ukraynanın milli maraqları nöqteyi-nəzərindən bir qədər gecikib. Ancaq qərar tez bir zamanda həyata keçərsə, bu müharibənin gedişində tam dönüş yaratmasa da, müəyyən dəyişikliklərin də şahidi ola bilərik. Bu zərbələr Ukrayna ordusunun qərarından asılı olaraq Rusiyanın hərbi obyekt və neft bazalarına endirilə bilər. Bu heç də imic məsələsi deyil, Rusiyanın son dövrlər ərzində Ukrayna və Avropada yürütdüyü siyasətlə bağlıdır".
 


Ekspertin fikrincə, bundan başqa, Şimali Koreya əsgərlərinin Ukraynaya döyüşə göndərilməsi də Qərbin həmin addımı atmasına təsir göstərib:

"Demokratların atdığı addımda bu amilin də rolu olub".

Rüstəm Tağızadə deyib ki, həmin raketlər Rusiya daxilindəki hərbi legitim obyektlərə endiriləcəyi  təqdirdə, Moskvanın da ona adekvat olaraq cavabı daha  aqressiv xarakter alacaq:

"Bunu da irəliləyən zaman çərçivəsində görəcəyik. Ümumiyyətlə, fikrimcə, sözügedən münaqişəni dayandırmaq heç də asan proses deyil. Tramp  hökumətinin hakimiyyətə rəsmi gəlişindən sonra onların cavabının necə olacağı hələ ki, tam bəlli deyil. Sözsüz ki, qarşıdakı dövrdə cərəyan edən proseslərdən asılı olacaq".

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib. Bu barədə "The New York Times” məlumat yayıb. 

ABŞ-ın ardınca Fransa və Böyük Britaniya da Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib. Mənbə qeyd edir ki, Paris və London Kiyevə öz SCALP və "Storm Shadow" raketləri ilə hücumlar etməyə razılıq verib. 

Rüfət Sultan

Избранный
11
39
qaynarinfo.az

10Источники