ABŞ, Britaniya və Fransanın uzaqmənzilli raketlərlə Rusiyaya zərbə endirilməsinə icazə verməsi Ukrayna üçün göydəndüşmə fürsətdir. Ukrayna çoxdandır buna nail olmağa çalışırdı. Bu, müharibənin taleyinə deməzdim, amma gedişatına təsir göstərəcək.Bu sözləri BUTA.TV-a hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, Qərbin bu addımı atacağını Rusiya rəhbərliyi bilirdi.