RU

“Natura” şirəsinin içindən görün nə çıxdı — VİDEO

“Natura” şirəsini alan bloqer Əfsanə Fərəc xoşagəlməz mənzərə ilə qarşılaşıb.

Belə ki, şirəni alan istifadəçi mayenin az gəldiyini gördükdən sonra qutunu açıb. Hələ istifadə müddətinə xeyli qalan şirənin kifləndiyinin şahidi olan bloqer ortaya çıxan görüntünün tam olaraq nə olduğunu müəyyənləşidrə bilməyib.

Qeyd edək ki, görüntü sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə Bağlı Azərbaycan Qida Təhlükəsiliyi Agentliyindən (AQTA) TNS-ə verilən məlumata görə, yayılan görüntü AQTA tərəfindən nəzarətə götürülüb: “Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq və müvafiq tədbir görüləcək. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın “1003” qaynar xəttinə məlumat versinlər”.

Qeyd edək ki, brend “Mars Overseas” şirkətinə məxsusdur. Şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilməyib.

 
Избранный
11
demokrat.az

1Источники