RU

ABŞ Rusiyaya raket atmağa icazə verdiyini təsdiqləyib

ABŞ Dövlət Departamenti Baydenin Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verdiyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın dərinliklərinə uzaq məsafədən zərbələr endirməyə icazə verib. Bu barədə ABŞ dövlət katibinin Qərb yarımkürəsi üzrə köməkçisi Brayan Nikols Braziliyanın "O Globo" qəzetinə müsahibəsində bildirib.

O vurğulayıb ki, bu qərar Ukraynaya “özünü müdafiə etmək üçün daha çox imkanlar” verəcək və Vaşinqtonun fikrincə, Rusiyanı danışıqlara sövq edəcək.

Bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, ABŞ-ın Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazəsi beynəlxalq hüquqa uyğundur.

Noyabrın 17-də “The New York Times” yazıb ki, Bayden ilk dəfə Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilliraketlərin istifadəsinə icazə verib . Mənbələrin bildirdiyinə görə, ilkin olaraq bu silahlarla Kursk bölgəsindəki rus qoşunlarına və orada olduğu iddia edilən Şimali Koreya hərbçilərinə hücumların həyata keçiriləcəyi güman edilir.

Kreml ABŞ-ın Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək qərarına cavab olaraq bildirib ki, Vaşinqton “oduna yanacaq əlavə etmək” və münaqişə ətrafında gərginliyin daha da artmasına səbəb olmaq niyyətindədir.

Əvvəllər ABŞ Kiyevə silahlarından istifadə etməyə icazə verməklə münaqişədə iştirak etdiklərini etiraf etməkdən imtina edirdi .

Aytən Yaşar/ Turkustan.az

Избранный
9
50
turkustan.az

10Источники