2025-ci il polislərin əməkhaqqlarının artırılması məsələsinə baxılacaq. Bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
"Təhlükəsizliklə bağlı məsələ Prezidentin hər zaman diqqətindədir. Bu kateqoriyadan olan şəxslərin maaşların artırılması məsələsinə yenidən baxıla bilər. Elə də gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqlarının artırılmasına baxılacaq", - nazir çıxışında deyib.
Samir Şərifov cari il Daxili Qoşunların əməkhaqqlarının artırılmasını da diqqətə çatdırıb.
www.anews.az