RU

Blinken Fidanla görüşdü: Cənubi Qafqazda sülh...

ABŞ Dövlət katibi Entoni Blinken Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər Livandakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həll yolunun vacibliyi haqqında fikir mübadiləsi aparıblar.
 
“Onlar həmçinin Qəzzadakı humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsinin vacibliyini müzakirə ediblər. Bundan əlavə, Cənubi Qafqazda ləyaqətli və dayanıqlı sülhün əhəmiyyətinə toxunublar”, - məlumatda bildirilib.
Избранный
5
10
moderator.az

10Источники