RU

Bu ilin ilk yarısında Çin-Avropa dəmir yolu ekspressi 90 mindən çox reys həyata keçirib

Bakı. Trend:

Bu ilin ilk yarısında Çin-Avropa dəmir yolu ekspressi 90 mindənçox reys həyata keçirərək ümumi dəyəri 380 milyard ABŞ dolları olanyüklər daşıyıb.

Trend xəbər verir ki, bubarədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tsyu Sinli COP29çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM),onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarınıntəhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyatdəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusundapanel müzakirədə bildirib

"Bu ilin ilk yarısında Çin-Avropa dəmir yolu ekspressi 90 mindənçox reys həyata keçirərək ümumi dəyəri 380 milyard ABŞ dolları olanyüklər daşıyıb. Çin-Avropa dəmir yolu ekspressi Çinin 123 şəhəriniAvropanın 25 ölkəsindəki 224 şəhərlə və Asiyanın 11 ölkəsindəki 108şəhərlə birləşdirir", - deyə o qeyd edib.

Çin limanlarında internet şəbəkələri infrastrukturunun inkişafıvə rəqəmsal transformasiya məsələsinə toxunan nümayəndə əlavə edibki, Çin, dünya səviyyəli limanların yaradılması məqsədilə 56limanda pilot layihələr həyata keçirir.

"Bu limanlar müasir limanlara çevrilərək intellektual sistemlər,rəqəmsal idarəetmə və regional əməkdaşlıq üçün əsas rolunu oynayır.Bundan əlavə, Çin-Vyetnam Ağıllı Limanı kimi layihələr regionaləməkdaşlıq üçün yeni bir model yaradıb. Biz əməkdaşlıq modellərinidiversifikasiya etməyə davam edirik və təcrübəmizi qonşu ölkələrləbölüşürük", - deyə Tsyu Sinli vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники