RU

Baydenin alovlandırdığı tonqal: Putin nüvə silahından istifadəyə tam hazırdır

Hazırda dünya yaşadığı olayların şokundadır.

ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirmək icazəsini bir çox avropa ölkələri alqışlayıb, dəstək versədə bəşəriyyət anllayır ki, qoca Conun bu qərarı böyük bir fəlakətin başlanğıcı deməkdir.
Buna baxmayaraq Fransa və Böyük Britaniya, Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsi üçün "SCALP/Storm Shadow" raketlərini istifadə etməsinə icazə verdi. Maraqlıdır ki, Almaniya kansleri Olaf Şolts əvvəl bildirmişdi ki, o, Kiyevə Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbələr endirmək hüququ verilməsinin əleyhinədir.

Amma Almaniyanın xarici işlər naziri Annalena Berbok kansler Olaf Şoltsun mövqeyinin əksinə olaraq, ABŞ Prezidenti Cozef Baydenin Rusiya ərazisinin dərinliklərinə ATACMS raketləri ilə zərbə endirilməsinə icazə verməsini dəstəklədi.

Beləliklə, münaqişə ən gərgin fazaya keçdi və Ukrayna Avropadan da tam dəstək aldıqdan sonra - 2024-cü il noyabrın 19-na keçən gecə ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum etdi və Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurdu. Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. Bildirildi ki, hədəf uğurla məhv edildi. ötən gecə - 20 noyabrdaUkraynaa ordusu yenidən Rusiyanın dərinliklərinə hücuma keçdi. Təsəvvür edin ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri 9 rayonu üzərində 44 ədəd Ukrayna PUA-sını məhv edib. Hücumun kütləviliyini Rusiya Müdafiə Nazirliyi belə açıqlayıb:” Novqorod ərazisində 20, Kursk ərazisində 5, Oryol ərazisində 4, Belqorod, Tver və Tula ərazilərində 3, Bryansk, Moskva və Smolensk ərazilərində 2 PUA vurulub”.

Proseslərin bu nöqtəsində Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinq ABŞ prezidenti Co Baydenin Ukraynaya Amerika raketlərindən istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumatı təsdiqləməkdən imtina etdi. Yəqin ki, Pentaqon rəsmisi Co Baaydenin qərarının necə böyük bir fəlakətə səbəb olacağını təxmin edib.

Xanım Sabrina , ABŞ Rusiya ilə müharibə vəziyyətində omadığnı qeyd edərək jurnalistlərə belə bir açıqlama verdi: “Hazırda elan edəcəyim və ya təsdiqləyəcəyim bir şey yoxdur. Əgər ictimaiyyətlə bölüşəcək bir məlumatımız olsa, bunu edəcəyik”.
Açmma artıq gecdir Kremlə yaxın olan media qurumlarının bildirdiyinə görə , Rusiya Prezidenti Putin ötən gün nüvə doktrinasına dəyişikliyi təsdiqləyib. Nüvə silahının Ukrayna ərazilərində partlamasına bəlkə də dəqiqələr qalıb. Çünki, Rusiya ərazisinə ballistik raketlərin buraxılacağı təqdirdə Moskva qarşı tərəfi nüvə silahından istifadə edəcəyini bildirmişdi.
Bəşəriyyətin, xüsusən, Ukraynanın həyatının tükdən asılı vəziyyətdə olmasına baxmayaraq ABŞ yenə öz ampluasındadır. Dünya mediası , ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollar həcmində yeni hərbi yardım paketi ayırmağı planlaşdırdığını bildirir. 

Sözügedən yardım paketinə hava hücumundan müdafiə vasitələri, “HIMARS” reaktiv yaylım atəşi sistemləri, eləcə də 105 və 155 mm kalibrli mərmilər, “Javelin” tankəleyhinə komplekslər, digər avadanlıqlar və onların ehtiyat hissələri daxildir.

 Əntiqə Rəşid

Избранный
10
50
adalet.az

10Источники