RU

SƏTƏMM üzrə mühəndis (Sumqayıt) - VAKANSİYA

Kristal Abşeron SƏTƏMM üzrə mühəndis (Sumqayıt) vakansiyası elan edir.

Fins.az vəzifə üzrə tələb və öhdəlikləri təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Tikintidə əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
  • Tikinti sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • Tikintidə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
  •  İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
  • SƏTƏMM üzrə təlimatlarda olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
  • İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
  • Tikinti sahəsində SƏTƏMM üzrə müşahidələr apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
  • Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
  • Stressə davamlı, məsuliyyətli və intizamlı.
  • İş şəraiti:
  • İş yeri: Sumqayıt şəhəri;
  • 6 günlük iş qrafiki;

Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. 
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “SƏTƏMM üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. hr@kristalabsheron.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
1
fins.az

10Источники