Əməkdar artist Aygün Hümmətova (Bəylər) dəfn edilir.
“Qafqazinfo” xəbər verir ki, sənətçinin nəşi S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra Suraxanı qəbiristanlığına gətirilib.
Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hüseyn Məmmədsalahov
Fotolar: Xəyal Vəlizadə