RU

ABŞ-da Ukraynaya yardımla bağlı danışıqlar yubanır

Oklahoma ştatından olan respublikaçı senator Ceyms Lankford hesab edir ki, ölkənin cənubunda sərhəd təhlükəsizliyinin gücləndirilməsi və Ukraynaya maliyyə ayrılması haqqında sazişin mətni bu həftə təqdim edilməyəcək. 

HİT.az xəbər verir ki, qanunverici bu barədə "Hill" qəzetinə danışıb.

"Dünən gecə və bu gün keçirdiyimiz bütün görüşlərə əsasən, biz çərşənbə gününə qədər məqsədə çata bilməyəcəyik", deyə Lankford bildirib.

Onun fikrincə, mətnin yanvarın 12-nə kimi dərc olunacağı da şübhəlidir.

Bundan əvvəl ABŞ Konqresində sərhəd təhlükəsizliyinin gücləndirilməsi və Ukraynaya maliyyə ayrılması ilə bağlı danışıqların davam etdiyi, lakin hələ də irəliləyiş əldə olunmadığı bildirilirdi.

Yanvarın 4-də Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib ki, ölkənin Kiyevi əlavə maliyyələşdirmək üçün vəsaiti yoxdur. Eyni zamanda o qeyd edib ki, ABŞ digər Qərb dövlətlərinin Ukraynaya davamlı dəstəyinə ümid edir.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
442
39
hit.az

10Источники