RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 3 Bakı şəhəri, 11 yanvar 2024-cü il
“Azərbaycan Respublikası Daxi­li İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları­nın və hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­ları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbayсan Respublika­sı Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İş­lər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barə­də” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 04 may tarixli 204-17 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İş­lər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Nazirlər Ka­binetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli 204-17 nömrəli Qərarında dəyi­şiklik edilməsi barədə” 2019-cu il 11 aprel tarixli 155-5 nömrəli və “Azərbay­can Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları­nın (müddətli həqiqi hərbi xidmət hər­bi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının və mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 26 yanvar tarixli 17-3 nöm­rəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sent­yabr tarixli 392 nömrəli Qərarında də­yişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarə­sinin həqiqi hərbi xidmət hərbi qulluqçu­larının aylıq vəzifə maaşlarının artırılma­sı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2343 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1546 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 mart tarixli 90 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbay­can Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaş­larının məbləğləri” yeni redaksiyada ve­rilsin (əlavə olunur, məxfi). 
2. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə və­saitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcə­sində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata ke­çirsin.
3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
134
xalqqazeti.az

1Источники