RU

Benzema üçün növbəti variant: Daha bir İngiltərə nəhəngi

“Əl-İttihad”ın 36 yaşlı ulduz hücumçusu Kərim Benzema Səudiyyə klubunu tərk edəcəyi ilə bağlı iddialar səngimək bilmir.

Publika.az xəbər verir ki, komandanın düşərgəsinə vaxtında gəlmədiyi üçün heyətdən kənarlaşdırılan fransalı futbolçu ilə bağlı informasiyalar yayılmaqda davam edir. Bu dəfə onun İngiltərə nəhənglərindən birinin transfer hədəfinə çevirildiyi iddia edilib.

Bu barədə İngiltərənin nüfuzlu “The Telegraph” nəşri məlumat yayıb. Bildirilir ki, “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino qış transfer pəncərəsində Benzemanı komandasında görmək istəyiristəyir.

O, “zadəganlar”ın transfer siyahısında yer alan yeganə futbolçu deyil. Səudiyyə Ərəbistanını tərk etmək və Avropaya dönmək istəyən Roberto Firmino da London klubunun maraq dairəsindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
187
33
publika.az

10Источники