“AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI” ASC-nin
Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti
“Əlicançay su anbarının tikintisi”nin satın alınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Satınalan təşkilatın adı: Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti
VÖEN - 1300300711
Kod - 805562
H/h - AZ 10 IBAZ 38070019449716100216
Bank-“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h- AZ03NABZ01350100000000002944
VÖEN -9900001881
SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)
Əlaqələndirici şəxs- Qulam Şamil oğlu Aslanov (A.A.S)
Satınalan təşkilatın ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a.
Əlaqələndirici şəxsin E-maili: [email protected]
Əlaqə nömrəsi- (012) 431 08 64.
Satınalma predmetinin adı- “Əlicançay su anbarının tikintisi”.
Ünvanı - Şəki və Oğuz rayonları
İşlərin qısa təsviri- Su anbarının ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetrdir. Əlicançay su anbarına yığılan su ilə Şəki və Qax rayonlarının ərazisində yaradılacaq Aqroparka məxsus ümumi sahəsi 40706 hektar, suvarma netto sahəsi 36635 hektar olan ərazidə mütərəqqi suvarma texnikası və texnologiyaları tətbiq edilməklə qoz, badam, fındıq və zeytun bağları suvarma suyu ilə təmin ediləcəkdir. Eyni zamanda, Şəki rayonunun 12 yaşayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin edilməsi də nəzərdə tutulur.
İşlərin yerinə yetirilmə müddəti – 1080 təqvim günü və yaxud 36 aydır.
Tender təkliflərinin qiymətləndirməsi meyarları–tender təklifinin ödəniş şərti – 10 baldır. İddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır.
İddiaçı tender təklifində 20 faizdən artıq avans ödənişi tələb edərsə, o zaman həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq (20–X)/20x10 X-tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi. Qiymət təklifi – 90 baldır.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün tender iştirakçıları lazımi kadr və maliyyə imkanları ilə yanaşı, aşağıdakı meyarlar üzrə ixtisas göstəricilərinə, təcrübəyə, səriştəyə və etibarlılığa malik olmalıdırlar.
• İddiaçının son 10 (on) ildə meliorasiya və su təsərrüfatının inkişafı məqsədilə aparılan işləri tərkibində müxtəlif növ hidrotexniki qurğuların tikintisi və təmir-bərpası üzrə orta illik dövriyyəsi 5 (beş) milyon manatdan az olmamalıdır.
• İddiaçı son 10 (on) il ərzində respublika ərazisində əsas podratçı kimi iri tutumlu su anbarları, hidroqovşaqlar və magistral kanallardan ən azı birinin və onlara bağlı minimum 10 m3/san suburaxma qabiliyyətinə malik müxtəlif növ hidrotexniki qurğuların (suqəbuledici, qəza sutullayıcı, tunel və düker) tikintisi və əsaslı təmir-bərpası təcrübəsinə malik olmalı və həmin işlərə dair minimum 2 obyekt üzrə işbitməni təsdiqləyən sənədləri təqdim etməlidir.
• Satınalma müqaviləsinin icrasına yönəltmək məqsədi ilə iddiaçının malik olduğu sərbəst maliyyə resurslarının və ya bankın zamin olduğu kreditin minimum məbləği 12,0 (on iki milyon manat) manatdan az olmamalıdır.
İştirak haqqı 15.000 (on beş min manat) manatdır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Tender təklifi təkliflərin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin notarial qaydada təsdiq olunub təqdim edilməsi zəruridir).
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin notarial təsdiq olunaraq təqdim edilməsi zəruridir).
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin notarial qaydada təsdiq olunub təqdim edilməsi zəruridir).
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə.(kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuşunun təqdim edilməsi zəruridir).
7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilərək təqdim edilməsi zəruridir).
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
(DİN və ya Asan xidmət tərəfindən təqdim edilməli, sənədin əslinin və ya notarial təsdiq olunmuşunun təqdim edilməsi zəruridir).
Sənədin verilmə tarixi elan olunan aydan etibarən 2023-cü ilin oktyabrından olmalıdır.
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
(vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməli, sənədin əsli və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir).
10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması.
(müsabiqə əsas şərtlər toplusunun BÖLMƏ №3 13.3.8 bəndinə və BÖLMƏ №7 Qoşma №7-yə əsasən iddiaçı tərəfindən təqdim edilməlidir).
11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməli, sənədin əslinin və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir); sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə etməlidir”.
12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.(Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməli sənədin əslinin və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir.
13.Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.
(imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əsli və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir);
İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3 və 13-cü sıralarda göstərilən sənədləri 6 noyabr 2023-cü il saat 17.00-a qədər qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank təminatını isə 16 noyabr 2023-cü il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər.
İddiaçıların təklifləri 17 noyabr 2023-cü il saat 15.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
Tender komissiyası
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта