RU

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Bakı, 26 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı ölkənin inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə ictimai müzakirələrin aparılması barədə çağırışına uyğun olaraq, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gələcək özümü gələcək?” başlıqlı ikinci ictimai müzakirə keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, budəfəki müzakirə “Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!” mövzusunda olub. Müzakirənin videoyazısı qısa zamanda ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, aprelin 15-də “Gələcək əsr deyil, əsərdir!” mövzusunda keçirilən müzakirənin videosu ictimaiyyətə təqdim olunub.

 

Избранный
70
11
azertag.az

10Источники