RU

Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 21 iyun 2024-cü il tarixində Zaqatala rayonunda Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 20 iyun tarixinədək Şəki regional ədliyyə idarəsinə müraciət edərək, habelə Ədliyyə Nazirliyinin telefon nömrəsi və elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

"Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var. Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək", - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
5
sia.az

10Источники