RU

Paşinyan Rusiyaya savaş elan etdi: Hərbçiləri çıxarır, KTMT-ni tərk edir – Moskva şokda

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin növbəti addımının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq olduğunu bildirib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Paşinyanın bu fikrinə cavab olaraq deyib ki, Kreml Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq.

Ermənistanın bu addımına Rusiya necə cavab verəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ermənistanın KTMT-dən çıxması Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcək:

“KTMT Rusiyaya bağlıdır, Ermənistanın sözügedən qurumdan çıxması Kremlə qarşı gəlməkdir. Bu da Moskva üçün qəbul edilməz haldır. Dmitri Peskovun açıqlaması da bir növ hədədir. Rusiya Ermənistandan KTMT-dən nə üçün çıxmaq istədiyi ilə bağlı izahat tələb edir.
Son zamanlar Ermənistanda Rusiyaya qarşı olan ritorika getdikcə güclənir. Xüsusilə də Qərb meylli qüvvələr parlament sədri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan israrla Rusiya əleyhinə açıqlamalar verirlər. Qərbə bağlı qurumlara inteqrasiyanın tərəfdarı kimi çıxış edirlər. Simonyan dəfələrlə Rusiyaya bağlı olan şəxsləri sərt şəkildə tənqid edib. Hazırda Ermənistandan Rusiyaya bağlı olan hərbçilərin çıxarılması prosesi gedir. Baş nazir kimi Paşinyan da bu prosesi dəstəkləyir. Bu da iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir”.

Politoloqun sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri getdikcə qırılacaq:

“Nikol Paşinyan son çıxışında Belarus prezidenti Aleksandr Lukaşenkonu hədəf aldı. Onun əsas məqsədi Lukaşenko vasitəsilə KTMT-dən çıxmaqdır. Paşinyan çox ağır formada Lukaşenkonu tənqid etdi və hazırda iki ölkə arasında münasibətlər kəsilib.

Ermənistan perspektivdə KTMT-dən çıxacaq. Rəsmi Moskvanın reaksiyası isə çox sərt olacaq. İrəvanda hərbi çevrilişin baş verməsi istisna deyil”.
Избранный
267
50
bakuinform.agency

10Источники