RU

“PAŞA Sığorta”nın Direktorlar Şurasına təyinat olub

“PASHA Holding” MMC-yə daxil olan ən iri qeyri-həyat sığortası şirkəti “PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Dəyanət Sədullayev 10 iyun tarixindən başlayaraq sığorta şirkətinin Direktorlar Şurasına üzv seçilib.

Bununla da sığorta şirkətinin Direktorlar Şurası sədrlə birlikdə 8 şəxsdən ibarətdir.

D.Sədullayev ana şirkət olan “PASHA Holding”in aparat rəhbəridir. Onun rəhbərlik karyerası bir sıra iri şirkətlərdən başlayıb. Dəyanət Sədullayev, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya üzrə bakalavr, 2005-ci ildə eyni Universitetdə İnzibati İdarəetmə üzrə magistr dərəcəsi almışdır. 2003-cü ildə mühasib olaraq peşəkar fəaliyyətə başlayan Dəyanət müəllim, neft və qaz, tikinti, istehsalat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə təcrübə qazanmışdır. 2006-11-ci illərdə Ernst&Young, 2011-15-ci illərdə isə Kanadada maliyyə istiqaməti üzrə müxtəlif rəhbər vəzifələri icra etmişdir.

Qeyd eək ki, Dəyanət bəy 2015-ci ildə PMD Group şirkətinin Baş Maliyyə İnzibatçısı təyin edilib. Daha sonra o, eyni şirkətdə Baş İcraçı Direktorun müavini, 2021-ci ilin mart ayından etibarən isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, Dəyanət müəllim PMD Projects, FMG, GLC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri, ALC, Competo və PASHA Technology şirkətlərinin Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir.

“PAŞA Sığorta” 2023-cü ili kifayət qədər yaxşı nəticələrlə tamamlamışdı. Ötən il 316 milyon manat gəlir, 35 milyon manatlıq xalis mənfəət əldə etməklə 2022-ci ili 20 faiz üzərində üstələdi.

Ən iri müştəri bazasına sahib olmasına rəğmən icbari avto-sığorta şikayəti indeksi üzrə neytral mövqedədir. Çünki hazırda bu indeksin kalkulyasiyasında müştərilərin sayı da önəmli təsiredici amildir.

Избранный
159
2
valyuta.az

3Источники