Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1999-cu il təvəllüdlü Haqverdiyev Elcan Azər oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun