Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1999-cu il təvəllüdlü Elcan Azər oğlu Haqverdiyev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
(report)