RU

Xəzərin sahilində balıqlar kütləvi halda niyə ölüb? - SƏBƏB

Xəzər dənizinin sahillərində kütləvi halda balıqların ölməsinin səbəbləri açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a Zoologiya İnstitutunun Hidrobiologiya üzrə müdiri Süleyman Süleymanov məlumat verib.

Onun sözlərinə görə, havanın temperaturunun birdən-birə artması suya da təsir göstərib: "Havanın temperaturunun qalxması sahildə suyun temperaturunu da artırıb. Paralel olaraq ərazidə çirkli mazut maddələrin yüksək olması balıqların kütləvi tələf olmasına səbəb olub".

Mütəxəssis söyləyib ki, analoji hadisə əvvəllər də qeydə alınıb. O, ötən il də sahildə balıqların kütləvi ölümü halının baş verdiyini xatırladıb.

S.Süleymanov vurğulayıb ki, problemin qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən ərazidə mütəmadi olaraq monitorinqlər aparılmalıdır.

Xatırladaq ki, sosial şəbəkələrdə Xəzərin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümünü əks etdirən görüntülər yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
1
iqtisadiyyat.az

10Источники