RU

Azərbaycanın Ukrayna üzərindən Avropaya qaz satışı nə dərəcədə realdır? – 7 suala cavabda

Məqalə barədə məlumatMüəllif, Fərid HəsənovVəzifə, BBC News Azərbaycanca

Avropa İttifaqı 2025-ci ildə Rusiya qazından imtina etməyə hazırlaşır.

Rəsmi Brüssel buna nail olmaq üçün Azərbaycan da daxil olmaqla, enerji sahəsində özünün “daha etibarlı” tərəfdaşları ilə yeni əməkdaşlıq qurmaq istəyir.

Bu məqsədlə Avropa Azərbaycana öz qazını Rusiyanın Ukrayna ərazisindən keçən qaz kəməri vasitəsilə satmağı təklif edib. Bu barədə tərəflər iyunun 13-də Brüsseldə baş tutmuş 5-ci Avropa-Azərbaycan Təhlükəsizlik Dialoqunda müzakirə aparıblar.

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Politico nəşrinə müsahibəsində bildirib ki, hazırda rəsmi Bakı Avropa İttifaqı və tranzit ölkələrlə bu təklif ətrafında danışıqlar aparır.

Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. Azərbaycan ilk dəfə 2020-ci ilin sonlarında Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağını Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır.

2022-ci ildə isə tərəflər Bakıda enerji memorandumu imzalayaraq, nəql edilən qazın həcmini iki dəfəyədək artırmaq barədə razılığa gəliblər. Bu anlaşma Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 ay sonra baş tutmuşdu.

Rusiya-Ukrayna müharibəsi artıq 2 ildən çoxdur davam edir və mütəmadi olaraq tərəflər bir-birilərinin ərazilərinə raket və dron zərbələri endirir. Belə bir vəziyyətdə Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli nə dərəcədə realdır? Hansı risklər var və tərəflər bir-birinə nə təklif edirlər?

Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyirAzərbaycan, İran və Türkmənistanın müəmmalı qaz sazişi nədir?Azərbaycan, İran və Türkmənistanın müəmmalı qaz sazişi nədir?Avropa İttifaqı nə istəyir?

Avropa İttifaqı Rusiya qazından daha çox asılı olan şərq üzvlərinin, xüsusilə Slovakiya, Macarıstan və Avstriyanın mavi yanacaq ehtiyacını Azərbaycanın enerji ehtiyatları hesabına ödəmək niyyətindədir.

Hələ bu ilin mayında Bakıda səfərdə olarkən Prezident İlham Əliyevlə görüşündə Slovakiyanın Baş naziri Robert Fico Azərbaycan qazının Ukrayna ərazisi üzərindən almaqda maraqlı olduqlarını dilə gətirmişdi.

“Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik”, - Robert Fico qeyd edib, president.az saytı yazıb.

Rusiya ilə Ukrayna arasında 2019-cu ildə imzalanmış qaz nəqli ilə bağlı 5 illik müqavilənin müddəti bu ilin sonunda bitir. Ukrayna tranzit ölkə olaraq Rusiya qazının öz ərazisi ilə Avropaya daşınmasını istəmir və müqavilənin müddətini uzatmayacağını bəyan edib.

Rəsmi Brüssel də, Rusiyanın enerji sahəsində maliyyə mənbələrini azaltmaq üçün Kiyevin bu qərarını dəstəklədiyini bildirib.

İllik mavi yanacaq istehlakı təxminən 400 milyard kub metr olan Avropa İttifaqı hələ 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra enerji mənbələrini şaxələndirmək üçün fəaliyyətə keçdi. Lakin əlavə qaz nəqli üçün infrastrukturun olmaması yalnız 2022-ci ildə Aİ-na bu məqsədə çatmağa imkan verdi.

Əslində həmin il Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropa İttifaqının enerji mənbələrini şaxələndirməsi işini sürətləndirmiş oldu. Belə ki, qurumun 2023-cü il üzrə enerji hesabatına əsasən, 2021-ci ilədək ittifaq ölkələri illik qaz ehtiyacının 45 faizini Rusiyanın hesabına ödədiyi halda, 2023-cü ildə bu rəqəm 3 dəfə azalaraq 15 faizə enib.

Ukrayna niyə əhəmiyyətlidir?

Bloomberg nəşrinin yazdığına görə, Aİ Rusiyadan qaz idxalını azaltsa da, bu kəmərin Ukrayna ərazisindən keçən hissəsini işlək vəziyyətdə saxlamaq istəyir.

Buna əsas səbəb isə ittifaqa üzv olan bəzi Şərqi Avropa ölkələrinin infrastruktur problemi ilə əlaqədardır.

“Ukraynadan keçən qaz kəmərinin fəaliyyətinin dayanması enerji təchizatının təhlükəsizliyində risklərə yol aça bilər, çünki Avropanın qaz sistemindəki mövcud tranzit infrastrukturu olduqca dar imkanlara malikdir”, adının açıqlanmasını istəməyən avropalı diplomat Politico nəşrinə müsahibəsində bildirib.

Avropa İttifaqını narahat edən digər məqam qiymətlərin dəyişəcəyi ehtimalı ilə bağlıdır. Əmtəə bazarları üzrə ekspert Aura Sabadus Politico-ya açıqlamasında deyib ki, qaz tədarükünün Ukrayna üzərindən deyil, alternativ yollarla aparılması, Slovakiya, Avstriya və Macarıstan istehlakçıları üçün mavi yanacağın qiymətini artıra bilər.

Bundan əlavə, Aİ bu kəməri açıq saxlamaqla, müharibə şəraitində olan Ukraynanın tranzit ölkə olaraq gəlir götürməsinə çalışır.

Bunu həll etmək üçün avropalı rəsmilər digər variantlarla yanaşı, Azərbaycan qazının da Rusiya kəmərlərinə vurulmasının mümkünlüyü üzərində işləyir, Bloomberg yazıb.

Bakının bu təklifə münasibəti necədir?

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, hazırda rəsmi Bakı “Avropa İttifaqı və tranzit ölkələrlə bu barədə müzakirələr aparır”, Politico nəşri yazıb.

“Hazırda biz bu prosesə töfhə vermək üçün müxtəlif variantları gözdən keçiririk. Bununla bağlı hər hansı tarix vermək istəmirəm, lakin bir daha qeyd edim ki, bu barədə müraciət olub və biz buna ciddi yanaşırıq, çünki bu, Avropanın enerji təhlükəsizliyi məsələsidir” – Hikmət Hacıyev Politico-ya müsahibəsində deyib.

Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. İlk dəfə 2020-ci ilin sonlarında Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağını Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır.

Prezident İlham Əliyev ötən ay bildirib ki, Azərbaycandan Avropa İttifaqına nəql olunan qazın həcmi “bu il 12 milyard kubmetrə qalxacaq”, president.az saytı yazıb.

Əliyev həmçinin, 2027-ci ilin sonuna qədər bu rəqəmin illik 20 milyard kub metr olacağını diqqətə çatdırıb.

Hazırda Avropa İttifaqına üzv ölkələrdən 8-i Azərbaycandan qaz alır.

“Ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq”, İlham Əliyev Slovakiyanın Baş nazirini qəbul edərkən deyib.

“Çox uyğun bir vaxtda Azərbaycan qazının idxalçılarının coğrafiyasını daha geniş Avropa ailəsinə yaymağı səbirsizliklə gözləyirik”, - Politico Hikmət Hacıyevin müsahibəsindən sitat gətirib.

Rusiya amili risk yaradırmı?Rusiya

Şəklin mənbəyi, TASS

Избранный
252
2
bbc.com

3Источники