Avstriya NATO-ya üzv olmaq niyyətində deyil, lakin alyansla tərəfdaşlıqdan da imtina etməyəcək.
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bu barədə ORF radiosunun efirində deyib. “Biz hərbi baxımdan neytral dövlətik və NATO-ya üzv olmağı planlaşdırmırıq”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Avstriya 1995-ci ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və bu qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Aleksander Şallenberq iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinə dəvət alsa da, Hindistanın Baş naziri Narendra Modinin Vyanaya səfərinə görə tədbirdə iştirak etmir.